Prezident icra başçısı ilə bağlı - Sərəncam imzaladı | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Prezident icra başçısı ilə bağlı - Sərəncam imzaladı

Siyasət A- A A+
Prezident İlham Əliyev S.N.Cabbarovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Eurasia Diary xəbər verir ki, Siraqəddin Nəcəf oğlu Cabbarov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenə layiq görülüb. Qeyd edək ki, Siraqəddin Cabbarov Sabirabad rayon İcra Hakimiyyətinin başçısıdır. O, bu vəzifəyə Prezidentin 17 may 2019-cu il tarixli Sərəncamı ilə təyin edilib. 60 yaşlı S.Cabbarov bundan öncə Saatlı rayonunun icra başçısı vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...