"Bir şəhidimizə görə 100 erməni öldürsək yenə azdır". Bu sözləri Qarabağ şəhidlərinin anım mərasimində şəhid ailələri qarşısında çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Bərxudarov söyləyib.
Eurasia Diary-nin "Asasmedya"ya istinadən verdiyi məlumata görə, general-mayor Şəhid analarına da müraciət edib. "Vətən uğrunda həyatını itirən hər bir övladımız bizim üçün çox dəyərlidir. Şəhidlərimizin ailələri və biz həmişə onlarla fəxr edəcəyik. Şəhidlərimiz analarımızın şah əsərləridir.
Onları canlarından keçəcək qədər qorxmaz edən siz analarsınız. Sizlər, eyni zamanda biz zabitlər üçün də güc mənbəyisiniz. Bizi biz edən sizin bizə verdiyiniz ruhdur. Bilin ki, şəhidlərimizin qanı əsla yerdə qalmayacaq.
Onların qəhrəman silahdaşları, bütün şəhidlərimizin arzularını reallaşdırmaq üçün son damla qanına qədər vuruşmağa hazırdır", deyən general Bərxudarov Azərbaycan ordusunun müasir silahlarla silahlandığını, Azərbaycan Silahlı Qüvvətlərinin ən qısa zamanda işğal altındakı ərazilərimizi almağa hazır olduğunu da yüksək tribunadan səsləndirib.
Xatırladaq ki, general-mayor Bərxudarov Aprel əməliyyatlarında Lələtəpə yüksəkliyini ermənilərin əlindən alan komandirdir.