Azay Quliyev seçiciləri üçün şəxsi elektron kabinet yaradıb Azərbaycanda bir ilk

Siyasət 13:36 19.01.2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti və hüquq-məhkəmə sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, idarəetmədə innovativ metodların və yeniliklərin tətbiqi, vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması qanunvericilik hakimiyyətində, xüsusilə "deputat-seçici” əlaqələrində də əksini tapmalıdır.

Bütün bunları əsas tutaraq 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçiciləri arasında maneəsiz, operativ və şəffaf əlaqənin qurulması, seçicilərin problemlərinin effektiv həlli, həmçinin qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırmaq məqsədilə indiyə kimi tətbiq etdiyi elektron xidməti daha da təkmilləşdirərək seçicilərlə yeni kommunikasiya modeli olan "Seçicinin elektron kabineti” xidmətini təqdim edir.

Bu yenilik özündə nəyi əks etdirir?

1) Seçicilərin deputatla əlaqələrində operativlik ən yüksək səviyyədə təmin olunacaq;

2) Seçicilər əlavə zaman, enerji və digər resurslar sərf etmədən problemləri haqqında deputata onlayn müraciət edəcək. Bu xidmət vasitəsilə deputatın seçicilərin problemlərinin həlli ilə bağlı atdığı addımlar və qəbul etdiyi qərarlar seçicilər tərəfindən sistemli şəkildə müşahidə olunacaq;

3) Seçicilər təxirəsalınmaz məsələlər barədə rəsmi qəbula gəlmədən deputatı birbaşa məlumatlandıracaq və onları narahat edən problemin həllinə nail olacaq;

4) Deputat və seçicilər arasında sənəd dövriyyəsi elektron qaydada həyata keçiriləcək, bu sahədə şəffaflıq və aşkarlıq maksimum səviyyədə təmin ediləcək;

5) Deputata müraciət etmiş seçicilərin vahid elektron bazası formalaşdırılacaq ki, bu da hər bir seçicinin müraciət etdiyi məsələlərin müntəzəm olaraq hər iki tərəfin nəzarətdə saxlamasına imkan yaradacaq;

6) Müraciətlərin kateqoriyalar üzrə sistemləşdirilməsi sayəsində seçicilərin qaldırdığı məsələlər və üzləşdiyi problemlər təhlil ediləcək və müəyyən edilmiş problemlərin həlli üçün deputat tərəfindən Milli Məclisə və hökumətə müvafiq təkliflər göndəriləcək;

7) Bu xidmət vasitəsilə hər bir seçici deputatın fəaliyyəti və gördüyü işlərlə yaxından tanış olacaq və beləliklə, deputatın fəaliyyətinə ictimai nəzarət daha da artacaq;

8) Növbəti mərhələlərdə "Seçicinin elektron kabineti”nin Elektron Hökumət sisteminə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulur ki, bunun da nəticəsi olaraq Elektron Kabinet üzərindən digər dövlət qurumlarına da birbaşa müraciətin göndərilməsi mümkün olacaq;

9) Təqdim olunan elektron xidmətdə seçiciləri narahat edən sosial məsələlərin kollektiv müzakirəsi üçün "Seçici forumu” fəaliyyət göstərəcək;

10) "Sənin fikrin” bölməsində təşkil olunacaq sorğular vasitəsilə dairədə ictimai təşəbbüslərin irəli sürülməsi və ictimai rəyin öyrənilməsi təmin olacaq.

Bütün bu yeniliklərlə yanaşı, Azay Quliyev həmişə olduğu kimi mütəmadi əsasda seçicilərlə canlı görüşlər keçirəcək, onları narahat edən məsələlərlə yerində tanış olacaq, seçicilərin qəbul zamanı verdikləri ərizə və şikayətlər elektron bazaya daxil ediləcək. Qaldırılan məsələlərin icrası ilə bağlı atılan addımların ardıcıllığı seçicilər tərəfindən vahid bazada onlayn qaydada müşahidə ediləcək.

Elektron kabineti yaratmaq üçün 8 saylı Binəqədi birinci seçki dairəsindən olan seçicilər azayguliyev.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Beləliklə, deputat-seçici münasibətlərində interaktivliyin yeni mexanizmi olan "Seçicinin elektron kabineti” xidmətinin tətbiqi kommunikasiyanın innovativ modeli kimi ölkədə həyata keçirilən islahatların ruhuna və yeni dövrün çağırışlarına uyğun olaraq vətəndaş məmnunluğunu təmin edəcək, xüsusilə qanunvericilik hakimiyyətin nümayəndəsi ilə vətəndaş arasında çevik və rahat əlaqənin qurulmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaqdır.

Sizə təqdim olunan video təlimatda daha ətraflı məlumat əldə edə bilərsiniz:


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı