Doğum günü şəhid olan 20 Yanvar şəhidi

Siyasət 14:42 20.01.2020

Bu gün 20 Yanvar şəhidi Habil Əzizovun ölümündən 30 il ötür. Həmin qanlı gecədə Habil də həyatını faciəvi şəkildə itirənlərdən biri olub.

Habil Kommunar oğlu Əzizov 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olub, bir il oxuyandan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqa şəhərində başa vurub. Daha sonra ali məktəbdə təhsilini qiyabi davam etdirib. O həm də Ağstafada sovxoz idarəsində işləyirdi.

Hadisə vaxtı qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Həmin günü ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada əmisi ona ad günü süfrəsi açıb, ad gününü qeyd edirmişlər. Şəhərdə vəziyyətin qarışıq olduğunu bilməyən Habil bibisi oğlu Azərlə dostu Xanoğlanı ad gününə dəvət etmək üçün evlərinə gedib. Bu zaman Habilin və Azərin gözünə gur işıq düşüb. Həmin ərəfədə Azər qapağı açıq olan kanalizasiya quyusuna düşüb sağ qalıb. Habilin isə üzərindən tank keçib. Sifəti tanınmaz hala düşüb.

Habil yaşasaydı 52 yaşını qeyd edəcəkdi. Lakin sonuncu ad günündə adına açılan süfrədən nakam durub, geri qayıtmadı. Doğum günü həm də şəhid olduğu gün olub. Habil həmişə ailəsinə deyib ki, mən sizi ölümümlə dünyaya tanıtdıracam. Təhsilini başa vurub ölkəsi üçün vicdanlı və savadlı məmur olmaq istəyirdi.

Ordu.az-a danışan Habil Əzizovun anası Zinayə Əzizova oğlunun son sözlərini belə xatırlayır:

Zinayə Əzizova: “Habil buradan gedəndə dedi ki, ana imtahanları verib qayıdacam. Təhsilə çox üstünlük verirdi. Həm də gözəl gitara ifa edirdi. Həmişə də “Dünya sənin,dünya mənim, dünya heç kimin” mahnısını yanğı ilə ifa edirdi. Deyirdim, ay oğul, başqa ifa tanımırsanmı? O da deyirdi ki, ana, sən nə bilirsən bu mahnıda nələr deyilir.?! Habil əsgərlikdən gələndə mənə dedi ki, ana, mən təxris olan gün bir qaraçı mənə dedi ki, sən 22 yaşında öləcəksən. Mən də güldüm keçdim ki, olsun da onsuz da yaranan bir gün öləcək. Allah şərəfli ölüm qismət eləsin. Mən də dedim ay oğul Allah qorusun, inanma fala,falçıya. Amma elə də oldu. Oğlum Yanvarın iyirmisinə bilet almışdı ki, evə qayıtsın. Özü yox tabutu qayıtdı...” - Habilin meyitini necə tanıdınız?

- Xəbəri eşidən kimi, rəhmətlik həyat yoldaşım Kommunar dərhal öz maşını ilə Bakıya getdi. Ona burdan gedəndə təzə köynək almışdım. Həmin köynəkdən və qolundakı saatdan tanıyıb yoldaşım. Habilin meyiti 133-cü meyit olub. Habil şəhid olanda üzərindən Sovet İttifaqı əskinasları ilə 21 manat pul, güzgü qol saatı və qatara bileti cibindən çıxıb. Bu gün ona məxsus əşyaların bir çoxu fərqli hərbi və oxuduğu ali məktəbin xatirə güşəsində saxlanılır.

Habil 20 yanvar günü evə qayıtmalı idi. Hətta o qatara da bilet alıb. Onun evə meyitinin qayıtması isə ailəsindəki xoş günü də yasa çevirib. Qardaşının zənginə “məni gözlə Etimad sabah gəlirəm” deyib. Amma bu zəng onun ailə ilə sonuncu danışığı olub.

Etimad Əzizov: “Habilə zəng elədim ki, qardaş, mənim nişanımdır gələrsən. Dedi, qardaş, bilet almışam ayın iyirmisinə, gözləyin, gələcəm. Xonçalar bəzəndi, hazır Habili gözləyirdik. Sabahı əmim zəng elədi ki, Habil şəhid olub, tank üzərindən keçib. Eləcə də xonçalarımıza qara bağlandı. Habil sözünə bütöv çıxdı həmişəki kimi. Yenə gəldi, amma cansız. Bu gün qardaşımın xatirəsini yaşatmaq üçün adını oğluma vermişəm. Oğlum da qardaşım oxuyan ali məktəbdə oxuyur. O da deyir ki, mən də əmim kimi olacam. Nə deyim, şərəfli yaşamaq ,ölmək hər birimizin ən ali arzusudur. Habilin təhsil aldığı orta məktəb də onun adını daşıyır. Habil rayonumuzda Vurğun qəsəbə qəbirstanlığında dəfn edilib.

Habil şəhid olan günü qəzetlərin manşetinə çıxan təcili tibbi yardım avtomobilinin qarşısındakı meyit də onun meyitidir.

Bu gün Habilin və cəmi şəhidlərin xatirəsi yad edilir, ruhlarına dualar oxunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı