Bu dairələrlə bağlı qərar qəbul edildi YENİLƏNİB

Siyasət 14:59 15.02.2020

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Həsənov Rəşad və digər namizədlərin şikayətinə baxılıb.

Eurasia Diary xəbər verir ki, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.

O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək, şikayətlərin hər üçünə baxıb: “Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib”.

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 Sumqayıt İkinci Seçki Dairəsi və 31 saylı Suraxanı İkinci Seçki dairəsi ilə bağlı şikayəti müvafiq dairə seçki komissiyalarına göndərib.

Eurasia Diary xəbər verir ki, iclasda daha bir neçə müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki dairəsi, 47 Saylı Mingəçevir Seçki dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki dairəsi, 107 saylı Qazax Seçki dairəsi üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

***  

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Eurasia Diary xəbər verir ki, həmin müraciətlərin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 8 saylı Binəqədi Birinci seçki dairəsi, 15 saylı Yasamal Birinci Seçki dairəsi, 34 saylı Xətai İkinci Seçki dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Eurasia Diary xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı