Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Eurasia Diary-nin  məlumatına görə, bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti bildirib ki, imzalanması planlaşdırılan sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var.

O, həmçinin Türkiyə liderinin Bakıya səfərinin fevralın 25-nə planlaşdırıldığını deyib.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...