"Azərbaycan Qarabağı qaytaracaq, daha pisi isə Ermənistanın da bir hissəsini...” - Ermənistanın keçmiş baş naziri | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


"Azərbaycan Qarabağı qaytaracaq, daha pisi isə Ermənistanın da bir hissəsini...” - Ermənistanın keçmiş baş naziri

Siyasət A- A A+

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan İrəvanın “168.am” kanalında yayınlanan “Düymə” siyasi verlişində çıxışında Azərbaycanın Ermənistan üzərindəki üstünlüklərindən danışıb.

Eurasia Diary xəbər verir ki, Baqratyan Bakının siyasi arenada əldə etdiyi uğurları və hərbi gücünü nəzərə alaraq, yaxın vaxtlarda genişmiqyaslı hücumlara başlayacağını dilə gətirib.

“Azərbaycan hücuma keçib Qarabağı qaytaracaq. Bu, faktdır. Amma bizim üçün daha pis ssenari bundan sonra başlayacaq. Qarabağı qaytarandan sonra Azərbaycan Ermənistanın da bir hissəsini ələ keçirə bilər”, - deyə keçmiş baş nazir qeyd edib.

O deyib ki, Azərbaycan Ordusunun zərbə gücü Ermənistan ordusundan ən azı 2-3 dəfə çoxdur.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...