Xələf Xələfov: - "Xocalıda cinayətlərin törədilməsi sübuta yetirilib" | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


Xələf Xələfov: - "Xocalıda cinayətlərin törədilməsi sübuta yetirilib"

Siyasət A- A A+

“Artıq 30 ildən çoxdur Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır”.

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib: “Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib. Bu cinayətlər həm dövlət, həm də fərdi qaydada məsuliyyət doğurur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...