İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaym Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Eurasia Diary Qafqazino-a istinadən bildirir ki, Baş katib faciə qurbanlarının xatirəsini hüznlə yad etdiyini, İƏT-in Xocalı soyqırımını Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalının nəticəsi kimi tanıdığını bildirib. Əl-Osaym 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci sessiyasının qəbul etdiyi Qahirə Yekun Komünikesinə və 2019-cu ildə Abu-Dabidə keçirilən 46-cı sessiya da daxil olmaqla, İƏT Xarici İşlər Nazirləri Şurasının öncəki iclaslarında qəbul olunmuş qətnamələrə istinad edib.
Qeyd edək ki, sözügedən qətnamələrdə dinc Azərbaycan əhalisinə qarşı törədilənlər hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırım kimi qəbul olunub.