Türkiyə Naxcıvanla sərhədi açdı | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Türkiyə Naxcıvanla sərhədi açdı

Siyasət A- A A+

Ötən gün Azərbaycan Prezi­­denti İlham Əliyevlə Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib. 

Eurasia Diary xəbər verir ki, bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib. Fevralın 26-sı saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...