İran parlament spikerinin beynəlxalq əlaqələr üzrə xüsusi müşaviri Hüseyin Əmir Abdullahian Təl-Əvivdə Ermənistan səfirliyinin açılmasına sərt reaksiya verib və bunun Fələstin xalqının maraqlarına zidd olduğunu bildirib.
Ednews Mehr News-a istinadən xəbər verir ki, 0, Ermənistan hökumətinin İsrailin paytaxtı Tel Əvivdə səfirlik açma qərarını qınayıb.
Əli Abdullahian Ermənistan hökumətinin bu qərarını gözlənilməz olduğunu bildirib:
“Şübhəsiz ki, bu addım Fələstin xalqının maraqlarına ziddir və regionun stabilliyi və təhlükəsizliyinə mənfi təsir göstərəcək”.
O, Tehran və İrəvan arasındakı dostluq əlaqələrini regionda sülhün və təhlükəsizliyin qorunmasında vacib faktor hesab edib:
“Ümid edirik ki, Ermənistan hökuməti öz qərarını yenidən gözdən keçirəcək və təzyiq altında olan Fələstin xalqına kömək üçün lazım olan tədbirlər görəcək”.