Qondarma seçkilərdə kimin zəfəri Bakının xeyrinədir? Ermənilərin taleyi dəyişə bilər

Siyasət 16:23 31.03.2020

Bu gün Dünya Azərbaycanlılarının Soyqırımı Günüdür. Bu gün eyni zamanda Dağlıq Qarabağda qurulan qondarma-seperatçı rejimdə prezident seçkilər günü kimi tarixə düşəcək. Qeyd edək ki, bu seçkilər rəsmi İrəvanın Dağlıq Qarabağa nəzarəti baxımından kritik önəm kəsb edir. Ermənistanda “məxməri inqilab”la hakimiyyətə gələn və ölkədə bütün siyasi-hüquqi inistitutları Qarabağ klanından təmizləməyə müfəvvəq olan Baş Nazir Nikol Paşinyan 31 mart seçkisiylə Qarabağ klanını qondarma rejimdən süpürüb atmağa çalışır.

Bütün dünyanın, o cümlədən, Ermənistanın koronavirus pandemiyası ilə qarşı-qarşıya qalmasına, baxmayaraq, Qarabağda qondarma seçkilər təxirə salınmadı. Bu addım Paşinyanın pandemiyanın yaradacığı iqtisadi problemlərdən əvvəl Qarabağdakı “təmizləmə”ni bitirmək məqsədiylə birbaşa bağlıdır.

Qarabağdakı “seçkilər”də mübarizə aparan əsas namizədlər

Seçkilərdə 14 namizəd mübarizə aparacaq. Əsas rəqabətsə 3 namizədin arasında gedəcək: Masis Mailyan – seperatçı rejimin xarici işlər naziridir, Soros fonduna bağlı təşkilatlarda çalışdığından onu “sorosçu” adlandırırlar, Vyana diplomatik akademiyasının məzunudur. Masis Mailyanı Qarabağda dəstəkləyən əsas fiqur seçkilərdə iştirak edə bilməyən Samvel Babayandır. Qeyd edək ki, mart ayının 3-də Mailyanın Rusiyaya daxil olması 5 illiyinə qadağan edilib. Erməni ekspertlər Moskvanın bu qərarını “seçkilərdə Mailyanı dəstəkləmirik” mesajı kimi şərh ediblər.

Vitali Balasanyan- general-mayor rütəbsinə və Qarabağ ermənilərinin “milli qərəmanı” tituluna sahibdir. 1988-ci ildən Əsgərandakı hərbi birləşmələrin komandiri olub, Ağdamın işğal edilməsindəki “xüsusi xidmətlərinə görə” seçilib. Daha sonra Qarabağ özünmüdafiə ordusunun komandir muavini və qondarma respublikanın müdafiə nazirinin muavini vəzifələrində çalışıb. 2016-cı ilin Aprel döyüşlərində bilavasitə iştirak edib. Paşinyana qarşı çox sərt tənqid, hətta təhqirlər səsləndirən, Sarkisyan-Koçaryan klanının üzvü olan Vitali Qarabağdakı veteranların və radikal millətçilərin dəstəyinə arxalanır.  Qeyd edək ki, Vitalinin seçilməsi İrəvanla Xankəndi arasındakı böyük qardaş-kiçik qardaş münasibətlərini sonlandıra bilər.

Araik Artunyan - Paşinyanı sevimlisidir. İllərlə Kəlbəcərdəki qızıl mədənlərini talamaqla oliqarxa çevrilib. Qondarma rejimin sabiq baş naziridir, ixtisasca iqtisadçıdır. Paşinyanın onu dəstəkləməsinin səbəbi maliyyə imkanlarının olması və əlisilahlı olmamasıdır. Belə ki, Paşinyan öz iqtidarı üçün Qarabağda döyüşmüş hər kəsi təhlükə mənbəyi kimi görür. Qeyd edək ki, Nikol sevimlisi Aurutunyanın seçilməsinə görə qlobal pandemiya zamanında seçkilər keçirəcək qədər böyük bir riskə gedir.

Seçkilərdə kimin zəfəri Azərbaycana daha çox sərf edir?

Praqmatik politik zəka Qarabağdakı seçkilərdə Vitali Balansanyanın zəfər çalmasının Azərbaycanın Qarabağın azadlığı üçün atacağı addımlarda əlini daha da gücləndirəcəyini deyir. Çünki Vitali çox mürəkkəb xasiyyətli biridir və ən əsası siyasətçi deyil, hərbiçidir. Onun Qarabağda rəhbərliyə gəlməsi qondarma rejimi daha da radikallaşdıracaq. Balasanyanın seçilməsi Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında kəskin siyasi və mental fərqlilikləri üzə çıxaracaq. Vitalinin Qarabağda “prezident” seçilməsi Sürət Hüseynovun Gəncədə nəzarəti ələ almasıyla siyasi baxımdan heç nəylə fərqlənməyəcək. İstənilən halda bu mərkəzdənqaçma meyli kimi hesablanmalıdır. Vitali Balasanyan kimi çılğın və radikal birinin qondarma rejimin rəhbəri olması Azərbaycan üçün casus belli (müharibə səbəbi) şərtlərinin formalaşdırılması baxımından diplomatik imkanlar yarada bilər.

Vitalinin Qarabağın rəhbərliyinə gəlməsi Azərbaycan üçün imkanlar yaradacağı qədər risklər də doğura bilər. Qarabağın hər cığırında döyüşmüş Balasanyan üzləşdiyi hər daxili problemdə diqqət yayındırmaq üçün cəbhədə təxribatlara əl atacaq. Üstəgəl onun iqtidara gəlməsi Moskvanın Qarabağdakı varlığının daha da artıra bilər.

Masis Mailyan yaxşı diplomat olsa da nüfuzlu siyasətçi deyil. Həmçinin yuxarıda qeyd edildiyi kimi o Moskvanın “veto”su ilə üzləşib. Putinin “qırmızı kart” göstərdiyi Mailyanın seçilmə şansı digər iki rəqibinə nisbətən zəifdir.

Araik Artunyansa seçilmə şansı çox olan namizəddir. Buna səbəb İrəvanın tam dəstəyini alması və oliqarx statusu ilə Qarabağın yoxsul əhalisi üçün ümid yerinə çevrilməsidir. Lakin Artunyanın Qarabağda rəhbərliyə gəlməsi rəsmi Bakı üçün pozitiv heç nə vəd etmir. Bu Ermənistanla Qarabağ erməniləri arasında milli həmrəyliyi daha da artıra bilər. Diplomatik savaşdaysa parçalanmış düşmən hər zaman bütöv düşməndən daha əlverişlidir.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı