Azərbaycanın “COVID-19"la mübarizəsində könüllülərin rolu

Siyasət 18:25 14.05.2020

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanda "Könüllülər ili"nə həsr olunmuş məqalə yazıb.

EDNews.net məqaləni təqdim edir.

“Azərbaycanda Könüllülər İli” günümüzdəki qlobal səhiyyə böhranı və İkinci Dünya Müharibəsindən bəri qarşılaşdığımız ən böyük problem olaraq meydana gələn COVID-19 pandemiyası dövrünə təsadüf etdi.

Birləşmiş Millətlər Təşkilatı "COVID-19"a çevik və effektiv reaksiya verməkdə kömək etmək üçün dünyanın bütün ölkələri ilə birgə çalışır.

Azərbaycanda da BMT sistemi hökumət digər tərəfdaşlarla, səhiyyə sahəsində risklər barədə məlumat verilməsi, təhsil və həssas təbəqələrdən olan insanların sosial rifahına texniki dəstək verməklə COVID-19 pandemiyası ilə bağlı vacib problemləri həll etməklə yanaşı həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasına kömək etmək üçün sıx əməkdaşlıq edir.

Belə şəraitdə, BMT Könüllüləri yerlərdə və onlayn şəkildə bütün dünyada BMT sisteminə kömək edirlər. 

Fürsətdən istifadə edərək, belə bir böhranlı zamanda könüllülüyün vacib rolunu qeyd etmək istəyirəm. Bu gün könüllülər COVID-19 böhranı ilə mübarizənin ön sıralarında gedirlər. Həkimlər, təcili tibbi xidmət orqanlarının işçilərilə birlikdə bu böhranda əsas rol oynayan nəzərəçarpmayan qəhrəmanlardan biri də onlardır.

Beləliklə, paytaxt Bakıda və Azərbaycanın bölgələrində yorulmadan çalışan könüllülər cəsarət və davamlılıq nümayiş etdirir, sosial əlaqələr yaradır həssas qruplara dəstək olurlar.

Azərbaycandakı BMT sistemi də "COVID-19"la mübarizədə könüllülərlə əməkdaşlıq edir.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi 232 sığınacaq axtaran və qaçqın ailəsinə qida yardımı göstərmək üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinin könüllüləri ilə əməkdaşlıq etmişdir.

UNİCEF, Avropa Birliyi və USAID-in maliyyə dəstəyi ilə ASAN, Gənclər Fondu, Qızıl Aypara Cəmiyyəti və Regional İnkişaf İctimai Birliyinin könüllüləri ilə onlayn və oflayn maarifləndirmə işlərinin aparılması, yanlış məlumatlara qarşı mübarizə və həssas təbəqədən olan ailələrə dəstək işində sıx əməkdaşlıq edir. Daha dəqiq desək, müəssisələrdə yaşayan 213 uşaqdan çox ailəyə, əlil gənclərə qida yardımı verilib. 55 könüllü təxminən 517 ailəyə qida paketləri və çap materialları paylayıb və yardım bu müddətdə 800 ailəni əhatə edəcək.

Könüllülərin başqa bir BMT agentliyi ilə birlikdə işləməsi üçün də yeni imkan yaranıb. Azərbaycandakı Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qax, Zaqatala və Balakən rayonlarında ehtiyacların qiymətləndirilməsi və gender bərabərliyi kampaniyalarının aparılması və qadın fermer və sahibkarları FAO-nun ölkənin şimal-qərb bölgəsində həyata keçirdiyi davamlılıq və inklüziv aqro-ərzaq sistemləri layihəsinə cəlb etmək üçün könüllülərə çağırış edib. Bu bölgədəki könüllülük imkanına maraq göstərənləri 15 May tarixinə qədər müraciət etməyə çağırıram.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı