Beynəlxalq təşkilatlardakı deputatlardan “andiçmə” mərasiminə ETİRAZ

Siyasət 16:09 21.05.2020

İşğalçı Ermənistan bu gün Azərbaycanın Şuşa şəhərində Qarabağ separatçılarına növbəti təxribat şousu keçirməyi planlaşdırıb. Saat 18:00-da Şuşadakı Mədəniyyət Evində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana “andiçmə mərasimi” düzənlənəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın da “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi gözlənilir.

Təbii ki, Ermənistanın işğal altında  torpaqlarımızda növbəti təxribata hazırlaşması Azərbaycanda da hiddətə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlarında təmsil olunan deputatları etirazlarını bildirəcəklərmi?

EDNews.net  Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin üzvləri ilə əlaqə saxlayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, andiçmə mərasiminin təşkil olunmasında məqsəd Azərbaycan tərəfini qıcıqlandırmaq, növbəti danışıqlar prosesinə hansısa formada müdaxilə edərək qondarma rejimin “legitimliyini” nümayiş etdirməkdir:

“Bunların hamısı erməni tərəfinin uzun illərdir  apardığı destruktiv siyasətində özünü göstərir. Çünki son zamanlar bununla bağlı olaraq aktivləşiblər. Aktivləşmənin də səbəbi odur ki, bunlar hər dəfə layiqli cavab alırlar. Layiqli cavab da bu formadadır. Bütün beynəlxalq resurslar, keçirilmiş seçkilərlə bağlı öz münasibətini bildirib və onu saxlayıb. Hətta kənarda qalan Avopa Şurası yazışmada, məktublarda eyni mövqeyini konkret olaraq nümayiş etdirərək tələsik bəyanatlar, məktublar göndərməyə başlayıblar. Bundan başqa mayın 11-i Avropa Parlamenti onlara birbaşa zərbə vurub. Bu zərbə də ondan ibarətdir ki, Avropa Birliyinin bütün sənədlərində Azərbaycanın ərazi bütövlüyü və mövcud formatının idarə olunması qeyd olunur. Bir neçə gün bundan əvvəl Avropa Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin iclasında sənəd qəbul olunub. Sənəddə Azərbaycanın ərazi bütövlüyü və ermənilərin təklif etdiyi dəyişikliklərin keçməməsi qeyd edilib. Hələ Trampın məktubundan, bir neçə beynəlxalq təşkilatın münaqişə ilə bağlı mövqeyindən, Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatından söhbət açmıram. Bütün bunlar onu göstərir ki  bunlar dünyada gedən proseslərə ermənisayağı cavab vermək niyyətindədirlər. Ermənisayaq cavabın verilməsi qıcıqlandırma siyasəti daşıyır”.(modern.az)

Nümayəndə heyətinin rəhbəri bildirib ki, AŞPA-ya tez-tez etiraz məktubları göndərilir:

“Təbii ki, bu provokasiya ilə bağlı məsələləri də AŞPA-nın deputatlartına müntəzəm olaraq göndəririk. Seçkilərin keçirilməsi, liderin seçilməsi inaqurasiyanın təşkili provokasiyadır. Dünən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə birgə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məktub yazmışıq. Həmin  məktub AŞPA-nın prezidentinə, baş katibinə göndərilib”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Əminə Ağazadə də “andiçmə mərasimi”nin növbəti təxribat olduğunu deyib:

“Yeni liderin seçilməsini qətiyyətlə pisləyirik. Bu, ermənilərin növbəti şousudur. Bir daha erməni xislətlərini ortaya qoyurlar. Sabah ATƏT PA-nın növbəti onlayn "vebinar"ı keçiriləcək. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri də "vebinar"da iştirak edəcək. Bildiyiniz kimi, hər iclasda mövzular başqa olsa da, hər zaman Dağlıq Qarabağla bağlı mövqeyimizi bildiririk. Sabah da bugünkü "andiçmə mərasimi” ilə bağlı fikirlərimizi səsləndirəcək və etirazımızı bildirəcəyik”.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı hər zaman etiraz etdiklərini qeyd edib:

"Martın 31-də keçirilən seçkilərə də etirazımızı bildirmişdik. Hətta bütün beynəlxalq təşkilatlar o seçkiləri tanımadıqlarını qeyd etdilər. Əgər  bu seçkilər beynəlxalq aləmdə  tanınmırsa, “andiçmə mərasimi” niyə keçirirlər?! Bu da şoudur. Bu Paşinyanın ömrünü uzatması üçün bir şoudur. Biz hər zaman əlimizdən gələni edirik. Müxtəlif vasitələrlə etirazımızı bildiririk”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı