Qafar Çaxmaqlı: "İran Azərbaycana qarşı səmimidirsə, o zaman Ermənistanı təcavüzkar elan etməlidir..."

Siyasət 11:59 26.05.2020
Tanınmış ermənişünas alim, Türkiyənin Ərciyəs universitetinin professoru Qafar Çaxmaqlının bu dəfəki açıqlamasında Ermənistanın rəsmi Tehrandan incik düşməsinin ardından sərgilənən pərtliyi şərh edib. Politoloq deyir ki, son günlərdə yaşananlarda nə İranın səmimiliyinə inanmaq lazımdır, nə də Ermənistanın qaldırdığı hay-küyün ciddiliyinə:
 
"Artıq Azərbaycanda uşağa da bəllidir ki, Ermənistanı iqtisadi məhvolmadan çıxaran və onu açıq və gizli şəkildə dəstəkləyən İran dövləti olub. Və bir çox illərdə bu Azərbaycana arxadan zərbə vurmaq  demək olmuşdur. Və bunu İranın nədən etdiyini də bilmək çətin deyil. İran Azərbaycanın güclənməsini istəmir və burada onlardan bəhs etmək fikrimiz yoxdur. Dağlıq Qarabağ məsələsində İran bəzi hallarda tərəfsiz bəyanatlar versə də həmişə erməni işğalının bir an öncə bitirilməsi üçün  bir müsəlman ölkə kimi İran heç nə etməyib. Bir çox siyasi konularda Azərbaycanın deyil, Ermənistanın yanında olub. Faktiki təcavüzkar ölkəni dəstəkləyib. İran Ermənistan üçün, son vaxtlar o da məlum oldu ki, hətta Dağlıq Qarabağ üçün "donor" olub. Belə olan təqdirdə birdən birə İranın Azərbaycandakı səfirinin Azərbaycan müsəlmanlarına Qarabağa geri dönmə arzulaması (bu isə işğala son verilmə ilə eyni anlama gəlir) ermənilərin xoşuna gəlməyib. Səbəbi də məlumdur. İndiyədək İran Ermənistanı dəstəkləyib. Ermənistanın İranı "xilas etməsi" iddialarına gəlincə, bu bir erməni cəfəngiyatıdır. Başqa vaxt ABŞ-a yarınmaq üçün İranla heç bir əlaqələrinin solmadığını söyləyirdilər.  Səfir Cahangirzadənin bir cümləsi bu dövlətin xislətini ortaya qoydu. İran Azərbaycanın öz torpağını azad etməsini istəyirsə, yəni rəsmi Bakıya münasibətdə səmimidirsə, o zaman Ermənistanı təcavüzkar elan etməli və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə dəstək bəyanatı verməlidir".
 
Xatırladaq ki, iki gün öncə Ramazan bayramı münasibətilə İranın Azərbaycandakı səfiri Cahangirzadənin Azərbaycan xalqına olan təbriki Ermənistanda birmənalı qarşılanmayıb. Səfirin təbrikində səsləndirilən “İnşaallah yaxın gələcəkdə Qarabağın və Qüdsün azad edilməsi Azərbaycan xalqına sevinc bəxş edər” fikirlərini erməni mediası süngü ilə qarşılayıb, ermənilərə xəyanət kimi dəyərləndirib. 
 
Tez tarixi yada salıblar ki, İran guya tarixən Erməbistana və Qarabağa hücumlar edib, yerli əhalini əsir aparıblar. İranı hədəfə alan  erməni mediası yazır: 
 
"İran səfirinin təbrikləri cənub qonşumuzun xəyanətini bir daha nümayiş etdirdi. Bu qonşuya görə  Qərbdə Ermənistan dəfələrlə tənqidə məruz qalır. Axı, heç kəsə sirr deyil ki,  Qərbin ağır sanksiyaları altında olan İran dövlətinin demək olar ki, dünyaya yeganə pəncərəsi Ermənistandır. Bu gün ermənilərə görə İran ayaq üstə qalıb. Buna görə də Tehrandan "təşəkkür"ümüz bu oldu”. (modern.az)

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı