Azərbaycan Cümhuriyyəti dövründə dövlət büdcəsi necə qorunurdu?

Siyasət 12:37 26.05.2020
Nəsiman Yaqublu
Tarix elmləri doktoru
 
Azərbaycan Cümhuriyyəti yaradılmasının 102-ci ili tamam olur.Maraqlıdır ki, hər dəfə Cümhuriyyət dönəmini araşdıranda yeni və maraqlı məlumatlar ortalığa çıxır.Dövlət idarəçiliyinin hər sahəsində Cümhuriyyət qurucuları xalqımıza ciddi nümunələr qoyub gediblər.Onların fəaliyyətinin əsas bir hissəsini də dövlət büdcəsinin qorunması və ondan ciddi faydalanmaq təşkil edirdı.İndi oxuculara təqdim etdiyim məlumatlar çox maraqlı və öyrəniləsidir.
 
ƏLİAĞA  HƏSƏNOVUN (1871 − 1933) FƏALİYYƏTİ - AZƏRBAYCANIN MALİYYƏ  NAZİRİ,
AZƏRBAYCAN  DÖVLƏT  BANKININ  SƏDRİ
 
Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə və Bank sisteminin formalaşmasında tanınmış dövlət xadimi  Əliağa Həsənovun böyük rolu olmuşdur.
Azərbaycan Cümhuriyyətinin maliyyə sistemini möhkəmlədən bu işlərin reallaşmasında nazir Ə.Həsənovun ciddi fəaliyyəti var idi. 
Ə.Həsənov həm də neft gəlirinin əldə olunmasına diqqət edirdi. Neft sənayesi sahəsində görülən tədbirlər nəticəsində neft hasilatı əvvəlki dövrlə müqayisədə yüksəlmişdi. Əgər 1918-ci ilin avqustunda 11,2 milyon pud neft hasil olmuşdusa, 1919-cu ilin avqustunda bu rəqəm 20,4 milyona çatmışdır. Maraqlıdır ki, Azərbaycan Cümhuriyyətinin mövcudluğu dövründə neft və neft məhsulları ehtiyatı 300 milyon puda yüksəlmişdi.
Bu rəqəmlər və göstəricilər dövlətin iqtisadi siyasətinin düzgün yürüdülməsinin nəticəsi idi.
1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 25, 50, 100, 250 və 500 manatlıq dəyərində dövriyyəyə buraxılan kağız pullarının üzərində Nazirlər Şurasının sədri N.Yusifbəylinin və Maliyyə naziri Ə.Həsənovun imzaları var idi.
1919-cu ilin noyabrın 27-də parlamentin 101-ci iclası keçirildi. İclasda 600 milyon manat pulun buraxılması ilə bağlı müzakirə davam etdi. Əsas məruzəçi S.Ağamalıoğlu iclasa gecikdiyindən, söz Y.Əhmədzadəyə verildi və geniş müzakirə başladı. Y.Əhmədzadədən sonra M.Ə.Rəsulzadə, Q.Qarabəyli, Malxazov, S.Ağamalıoğlu, Ə.Cövdət, M.Əfəndizadə, B.Cavanşir çıxış etdi və sonra söz Maliyyə naziri Ə. Həsənova verildi. O, dedi: “... Mən maliyyəyə aid olan sözlər barəsində bir neçə izahatı verməyi lazım bilirəm. O şeylər ki, burada nişanlamışam, sıra ilə bir-bir deyirəm.  Qara bəy dedi ki, pulumuzun qiyməti yoxdur. Bu, dürüst deyil, zira bizim pulumuz elə təzə bir şeydir. Amma görürük ki, bir çox köhnə pullardan yaxşı haldadır. Məsələn, 3 ay bundan əvvəl bizim kursumuz (Denikin) pulundan 3 faiz aşağı idi. Amma indi 30 faiz yuxarı gedir. Hər nə olsa, o, köhnə bir dövlətin varisidir və onu nəinki rus könüllüsü qəbul edir, hətta ingilis kimi böyük bir dövlət onu pul deyə qəbul edərək hökm vermişdir ki, Batumda ancaq Don pulu qəbul edilsin. Deməli, ingilis kimi böyük bir dövlətin qəbul və təmin etdiyi puldan bizim pulumuz 30 faiz yuxarı gedir”.
Ə.Həsənov çıxışında yalnız Azərbaycanda deyil, eləcə də Fransada, Almaniyada da  ümumi kağız pulların kursunun aşağı düşdüyünü qeyd edir. O, mövcud problemlərə də toxunur və vergi işlərinin müəyyən sistemə salınmadığını, verginin xalqa tanıdılıb qəbul etdirməyin çətinliyini vurğuladı, əlavə etdi ki, belə işlərin görülməsi üçün digər dövlətlər “əlli illərlə” zəhmət çəkmişlər, təcrübə toplamışlar. Ə.Həsənov ciddi islahatların aparıldığını parlament üzvlərinin diqqətinə çatdırdı,onları məlumatlandırdı ki, xammalın, yunun, pambığın və qeyri bu kimi malların xaricə çıxarılmasına şərait yaradılır və onlardan da 25 faiz vergi alınması haqqında hökumət qərar qəbul edib. O, bundan bir milyard manatdan artıq gəlirin olacağını söylədi. O, bildirdi ki, əgər su yollarımız açılıb Həştərxana neftimiz getsə, neftdən böyük mədaxilimiz olacaq. Ə.Həsənov Azərbaycanın daxildə mühasirə halında olduğunu, ötən ay Batuma az miqdarda nefti çatdırmaqla 50 milyon gəlirin olduğunu, Batuma gedən neft kəmərinin işləyəcəyi halda daha çox qazancın əldə ediləcəyini söylədi. O, gömrükdən smetada bir milyon manat yarım mədaxil hesablandığı halda, hazırda 20 milyon manat mədaxilin daxil olduğunu böyük uğur saydı.
Ə.Həsənov çıxışında bir vacib məqama da toxundu: “Bir haldayıq ki, xalqın mümkünü yoxdur ki, vergi versin. Varı olan da fikir etmir ki, Hökumət gərək öz xərcini-borcunu ödəsin. Hər kəs bu fikirdədir ki, azadlıqdır, vergi vermək lazım deyil. Bu fikir xalqın zehnindən götürülməlidir”
1919-cu ilin sonunda Cümhuriyyət Hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər idarəsinin 500 manat dəyərində istiqraz vərəqəsi dövriyyəyə buraxıldı. Buraxılan pulların qiymətdən düşməməsi, emissiya həcminin artmaması, devalvasiyaya uğramaması üçün Ə.Həsənov ciddi iş sistemi yaradırdı
 
 
AĞA  AŞUROVUN (1880 − 1936)FƏALİYYƏTİ - TİCARƏT  VƏ  SƏNAYE  NAZİRİ
 
Ağa Aşurov qeyd etdi ki, tarifin artırılması heç vaxt mənfəət verməyib və əvvəl bu, zərər vermişdir. Onun fikrincə, tarifi o zaman artırarlar ki, məxaric çox olsun, mədaxili də artırmaq mümkün olmasın.
Bu məsələnin müzakirəsi sonunda qanun layihəsi Maliyyə-büdcə komissiyasının göstərdiyi məzmunda qəbul edildi.
Parlamentin 1919-cu ilin martın 6-da keçirilən 20-ci  iclasında “Spirtin aksiz altına alınmasına dair qanun layihəsi” müzakirə olundu. Bu haqda ilk olaraq M.Rəfiyev çıxış etdi. M.Rəfiyevdən sonra söz A.Aşurova verildi. O, dedi: “Möhtərəm məbuslar! Bu qəbul olunan qanun layihəsi ki, indi deyilir 10 dəfə, 5 dəfə artırılsın, mən bunu əsas ilə düz görmürəm. Yenə 10 dəfə artırılsa da, 20-200 və ya bir dəfə artırılsın. Mən deyirəm biz idrak ilə bir şeyi o vaxt qəbul edək ki, əvvəl büdcəmiz məlum olsun. Və bilək ki, nə qədər mədaxil lazımdır. Bunu biləndən sonra lazım gələrsə artırarıq”.
A.Aşurov bir fikri çıxışında xüsusi vurğuladı: “Ticarət ilə oynamaq olmaz. Ticarətə ayıq baxmaq lazımdır”.
Parlamentin 1919-cu  ilin 17 martındakı 24-cü iclasında “Hökumət məmurlarına bayram münasibəti ilə birdəfəlik fevral maaşının 75 faiz əlavəsi ilə müavinəti nəqdiyyə verilməsi üçün layihə” müzakirə olundu. Müzakirələrdə Ə.Pepinovun çıxışından sonra A.Aşurov öz fikrini bildirdi ki, bu layihədə müəllimlərin də məvacibləri artırılmalıdır. A.Aşurov təklif etdi ki, bütün qulluqçuların məvaciblərinin artırılması üçün ayrıca bir layihə hazırlansın.
Həmin iclasda bir qanun layihəsi də müzakirə edilir: “Gömrük idarəsinin təğyir  və təbdili  barəsində”(Başqalaşdırılması və dəyişdirilməsi haqqında-red). Ş.Rüstəmbəylinin əsas məruzəsindən sonra A.Aşurov çıxış etdi. O, gömrükxana idarəsinin maliyyə nəzarətində olmasına etirazını bildirdi və sahənin Ticarət və Sənaye nəzarətinə verilməsini düzgün saydı.
1919-cu ilin mayın 5-də keçirilən parlamentin 33-cü iclasında “510 milyon emissiya − kağız pul buraxılması haqqında qanun layihəsi” müzakirə edildi. Maliyyə naziri Ə.Həsənovun parlamentin qərarı əsasında verdiyi izahatdan sonra ilk olaraq, M.Əfəndizadə, sonra Ə.Cövdət (Pepinov), S.M.Qənizadə çıxış etdilər. Sonra söz A.Aşurova verildi. O, təklif etdi ki, 510 milyonun çapına icazə verilməlidir və bu pul  bir neçə aya kifayət edəcəkdir.
A.Aşurov isə fikrini belə bildirdi: “Bu işlər ümumi camaat köməyi ilə aparılmalıdır. Hökumət pulu ilə qaçqın saxlamaq olmaz. Mən burada bir proqram görmədim  ki, danışam... Büdcəmizi, qüvvəmizi bilək, proqram da məlum olsun”.
 
MUSA  RƏFİYEVİN (1888 − 1938) FƏALİYYƏTİ - SOSİAL  TƏMİNAT  VƏ  DİNİ  ETİQAD  NAZİRİ
 
Parlamentin 1919-cu ilin fevralın 25-də keçirilən 16-cı iclasında Musa Rəfiyev Maliyyə-büdcə komissiyasının sədr əvəzi olaraq çıxış etdi. O, bildirdi ki, Maliyyə-büdcə komissiyasına mühüm layihələr daxil olduğundan işi çoxdur. O, təklif etdi ki, komissiya 8 nəfər əvəzinə 20, yaxud 21 olsun, bundan ötrü hər kiçik fraksiyadan iki, böyük fraksiyadan 3-4 üzv verilsin.
M.Rəfiyevin bu təklifi parlament üzvləri tərəfindən qəbul edildi.
M.Rəfiyevin bu təklifi parlament üzvləri tərəfindən qəbul edildi.
Parlamentin 1919-cu ilin fevralın 26-da keçirilən 17-ci iclasında M.Rəfiyev Bakı Bələdiyyə İdarəsinə dörd milyon manat borc pul buraxılması ilə bağlı bir layihə təklifi olduğunu bildirdi. O, qeyd etdi ki, ayrılacaq vəsait şəhərin təmirinə, şəhərdə səhiyyənin təşkilinə, Bakının iqtisadi, mədəni və elmi mərkəz kimi inkişafına sərf  ediləcəkdir. O, qeyd etdi ki, üç ay ərzində şəhərə 8 milyon manat pul lazım olduğu halda, mədaxil 500 min manat, yəni az olubdur. M.Rəfiyev parlament üzvlərini məlumatlandırdı ki, şəhərin hazırkı xərclərini ödəmək üçün Şəhər İdarəsi Duma ilə birgə 7 milyon manat  pul- istiqraz buraxmağa qərar vermiş, onun 3 milyonu alınmış, qalan 4 milyonunun buraxılması Hökumətdən xahiş olunur. O, qeyd etdi ki, Maliyyə-büdcə komissiyası layihəni qəbul edib və indi parlamentə təqdim olunub.
Bu layihə ilə bağlı geniş müzakirələr aparıldı və sonda qəbul olundu
M.Rəfiyev məruzəsində xidmətçilərə aşağıdan məvacibin verilməsini vacib sayırdı: “1) Qubernatorlara (başqa yerlərə nisbətən Bakı bahalıq olduğundan, Bakı məvacibləri yuxarı hesab edilir). Bakı qubernatoruna ayda 3600 rubl, başqa yerdəkilərə 3000 rubl; 2) vitse-qubernatorlara Bakıda 2700 rubl, qeyri-yerlərdə 2500 rubl; 3) Bakı qubernatorunun kiçik məvacibinə ayda 2500 rubl; 4) Bakı polismeystrinə nəzarət 1800 rubl təklif etmişdir, lakin komissiya 2300 rubl təyin etmişdir; 5) Bakı polismeystrinin böyük müavininə və təhriri şöbəsi rəisinə nəzarət 1600 rubl təklif etmişdir, komissiya isə 1800 rubl təyin etmişdir...”
 
ƏBDÜLƏLİ  BƏY  ƏMİRCANOVUN (1870-1948) FƏALİYYƏTİ - AZƏRBAYCANIN  MALİYYƏ  NAZİRİ
 
Əbdüləli Əmircanov birinci qanun layihəsini Azərbaycan və rus dillərində oxuyub parlament üzvlərinin diqqətinə çatdırdı. O, bildirdi ki, 1917-ci ilin 13 iyun qanununa görə, gəlir vergisindən azad olunan varidatın miqdarı 1000 rubl təyin edilmişdir. O, qeyd etdi ki, 1000 rublun dəyəri indi çox aşağı düşdüyündən, Maliyyə nazirinin təklifi əsasında  bu rəqəm 5 min rubla qaldırılsın, həmin  məbləğdən artıq olan varidatdan 187 min manat vergi alınsın.Ə.Əmircanovun təqdim etdiyi  layihə maddələr üzrə səsə qoyulduqdan sonra qəbul edildi.
Ə.Əmircanovun Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətinin öyrənilməsində onun parlamentdəki çıxışları mühüm rol oynayır. O, bu fəaliyyəti ilə yeni yaranmaqda olan dövlətin iqtisadiyyat, sənaye, gömrük və digər sahələrini inkişaf etdirməyə çalışmışdır. Bu sahələr üzrə yeni qanun layihələrinin hazırlanıb müzakirəyə çıxarılmasında böyük fəallıq göstərmişdir.
Bu mənada, Ə. Əmircanovun 1919-cu ilin iyunun 16-da parlamentin  48-ci iclasındakı çıxışı əhəmiyyətlidir. Əsasən, səkkiz məsələnin müzakirəsinin keçiriləcəyi iclasda Ə.Əmircanov iki sənədlə bağlı məruzə etmişdir:1)Gəlir vergisindən azad olunan varidat miqdarının artırılması haqqında; 2) Maliyyə nəzarətində gömrük vergisi şöbəsinin yaranması haqqında.
Ə.Əmircanov birinci qanun layihəsini Azərbaycan və rus dillərində oxuyub parlament üzvlərinin diqqətinə çatdırdı. O, bildirdi ki, 1917-ci ilin 13 iyun qanununa görə, gəlir vergisindən azad olunan varidatın miqdarı 1000 rubl təyin edilmişdir. O, qeyd etdi ki, 1000 rublun dəyəri indi çox aşağı düşdüyündən, Maliyyə nazirinin təklifi əsasında  bu rəqəm 5 min rubla qaldırılsın, həmin  məbləğdən artıq olan varidatdan 187 min manat vergi alınsın.Ə.Əmircanovun təqdim etdiyi  layihə maddələr üzrə səsə qoyulduqdan sonra qəbul edildi.
 
AĞA  ƏMİNOVUN (1888 − 1921) FƏALİYYƏTİ
AZƏRBAYCANIN  TİCARƏT  VƏ  SƏNAYE  NAZİRİ
 
Parlamentin 1920-ci ilin martın 8-də keçirilən 131-ci iclasında 3-cü məsələnin müzakirəsi ilə bağlı Ağa Əminov məruzə edir. O, məruzəsində əhalinin kasıb sinfinin və maaş alan məmurlarının ağır vəziyyətini qeyd edir. O, bildirir ki, manatın kursunun aşağı düşməsi məmurların dolanışığına ciddi təsir göstərir. A.Əminov bir faktı açıqlayır ki, ilk olaraq Məmurlar İttifaqı təşəbbüs göstərərək Hökumətə layihə təqdim edib və maaşlara faiz artırılması təklifini irəli sürüblər.A.Əminov Azərbaycanda  40.000 məmurun olduğunu, onların 60 faizinin ailəliyini nəzərə alıb məsələnin ciddiliyini də önə çəkdi.
 
1920-ci ilin aprelin 8-də Parlamentin 139-cu iclası M.Y.Cəfərovun sədrliyi və Qaraşarovun katibliyi ilə keçirilir. Ə.Əmircanov dəmiryol tariflərinin artırılması haqqında qanun layihəsi ilə bağlı məruzə etdi. Məruzə ətrafında Q.Qarabəyov, nazir X.Məlikaslanov çıxış etdilər. Sonra sədr bildirdi ki, layihə ilə bağlı bir neçə  fikir var. O, bildirir ki, bu qanun layihəsi ilə bağlı arzu formasında olmasa da, təklif olaraq səslənmişdi ki, dəmiryolu ilə neft sahəsi başqadır və bu məsələlər ayrılmalıdır.
A.Əminov bu məsələdə Maliyyə-büdcə komissiyası adından iclasa bu təkliflə bağlı məlumatlar verir və o fikrin komissiya tərəfindən irəli sürüldüyünü qeyd edərək deyir: “Tacirlər və alış-verişçilər buradan apardıqları nefti Batumda artıq qiymətə satırlar. Maliyyə-büdcə komissiyası necə ki, məmləkət daxilində həmişə vətənin mədaxilini artırıb məxaricini azaltmaq ilə məşğuldur. Ərzağın artırılmasını və bahalığın qarşısının alınmasını və xəzinəni gözəl bir hala gətirib qiymətləndirmək vəzifəsi ilə məşğuldur, qərar qoydu ki, malımızı Batumda artıq satanların əlindən xilas edərək, həmin mənfəəti xüsusi şəxslər deyil, bəlkə məmləkətimiz mənfəətbərdar olsun”.(modern.az)
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı