Separatçı-terrorçu erməni rejimi Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Xocavənd rayon mərkəzində növbədənkənar mer “seçkisi” keçirməyə hazırlaşır.
EDNews.net xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər rejimin qanunsuz “mərkəzi seçki komissiyası”na istinadla məlumat yayıb.
“Martuni” adlandırılmış Xocavənd rayonunun faktiki mərkəzinə iyulun 5-ə nəzərdə tutulmuş başçı “seçki”si üçün namizədlərin qeydiyyatı iyunun 10-dan 14-dək keçiriləcək. (moderator.az)