Ermənistandan nə qədər azərbaycanlı deportasiya edilib?

Siyasət 12:33 14.06.2020
Zaman-zaman 1988-ci ildə İrəvan və Qərbi Azərbaycanın digər bölgələrindən azərbaycanlıların deportasiyası ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bu günlərdə Azərbaycan parlamenti sədrinin birinci müavini Əli Hüseynli Ermənistan ərazisindən 220 min soydaşımızın kütləvi deportasiya edildiyini bildirib. 
 
Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli məsələylə bağlı münasibətini yazılı şəkildə Modern.az-a təqdim edib. 
 
 
“Bildiyiniz kimi, ölkə başçısı 15 fevral 2020-ci il tarixdə Münhendəki debatda bir çox tarixi faktlarla Ermənistan rəhbəri Nikol Paşinyanı dünya mediyası qarşısında ifşa etdi. Cənab prezidentin həmin debatda səsləndirdiyi faktlardan biri də 1988-ci ildə 300 min nəfər azərbaycanlının Ermənistan ərazisindən deportasiya olunması barədə idi. Bu, Ermənistana qarşı çox ciddi ittiham idi, həm də tarixi reallığa söykənən bir ittiham idi. Amma 12.06.2020-ci il tarixdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Müstəqilliyimizin qurtuluşu” yazısında elan etdi ki, 1988-ci ildə Ermənistandan 220 min nəfər soydaşımız kütləvi deportasiya olunub. 
 
Mən hörmətli Əli müəllimin belə bir rəqəm səsləndirməsinə, həm də möhtərəm prezidentimizin cəmi dörd ay əvvəl Münhendə dünya mediyası qarşısında məşhur çıxışından sonra səsləndirməsinə təəssüf edirəm. Cənab prezident heç vaxt təsadüfi rəqəm səsləndirmir. Yadınızdadırsa, cənab prezident Valdaydakı çıxışında “250 min nəfərdən artıq insan” demişdi. Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti, olaraq artıq bir neçə ildir ki, 1988-1991-ci illər Qərbi Azərbaycan qaçqınlarının siyahısını aparırıq və təxmini hesablamalarımız artıq bu rəqəmin 300 min civarında olduğunu təsdiq edir. Çünki həmin deportasiya zamanı müxtəlif yerlərdə hərbi xidmətdə olanlar, təhsil alanlar, təyinat yerində müvəqqəti işləyənlər, mövsumi işlə bağlı uzaq respublikalarda çalışanlar və s. də vardı. Ona görə də möhtərəm prezidentin səsləndirdiyi 300 min rəqəmi tamamilə həqiqəti əks etdirir. Ola bilər o vaxt Əli Hüseynli Azərbaycanda olmayıb, yaxud çox gənc olub, amma belə rəqəmləri elan edəndə son dərəcə ehtiyatlı və dəqiq olmaq lazımdır. Çünki Əli müəllim sıradan biri deyil, millət vəkilidir və Milli Məclis sədrinin birinci müavinidir və ortada cənab prezidentin səsləndirdiyi bir rəqəm var. Digər tərəfdən, bu gün Azərbaycanda Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan bir qurum – Azərbaycan Qaçqınlar Cəmiyyəti fəaliyyət göstərir, yaxşı olar ki, məmurlarımız Qərbi Azərbaycan qaçqınları ilə bağlı məsələlərdə bizə müraciət etsinlər. Köməyimizi əsirgəmərik”, - deyə Əziz Ələkbərli bildirib.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Ohanyan İstintaq Komitəsində dindirilir
18:36 08.07.2025
Quantanamodakı ABŞ bazasında 26 ölkənin vətəndaşı saxlanılır
18:27 08.07.2025
Hamısı