Müstəqil(!) Azərbaycan Respublikasının 30 ilə yaxındır erməni işğalı altında saxlanan Laçın, Şuşa və Xankəndi şəhərləri arasındakı avtomobil yolunun separatçı rejim tərəfindən təmirinə başlanıb.
Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Məlumata görə, Laçın-Şuşa-Xankəndi yolunun təmiri 2-3 aya başa çatmalıdır.