Ermənistan Müdafiə Nazirliyi Rusiyadan yenicə aldığı “Su-30” SM qırıcılarının ilk döyüş təlimlərini keçirib.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində paylaşım edib.
O bildirib ki, təyyarələr “yer-yer” tipli raketlərlərlə hücum təlimləri icra edib. Paşinyanın sözlərinə görə, hələlik “SU-30SM” qırıcıları 4-dür. “Lakin Müdafiə Nazirliyi söz verib ki, onların sayını 12-yə çatdırmaqla eskadrilya yaradacaq...”