Ermənilər Qarabağda sement zavodu tikir | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Ermənilər Qarabağda sement zavodu tikir

Siyasət A- A A+
Azərbaycanın işğal altındakı torpaqlarında qondarma separatçı-terrorçu rejimin sement zavodu tikməyə qərar verməsi barədə informasiya yayılıb.
 
 
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, dünən Xankəndidə kriminal rejimin yeni başçısı Araik Arutyunyan özünün də üzvü olduğu investisiya fondunun himayədarlar şurasının iclasını keçirib.
 
İclasda  “SABBA” şirkətinin Qarabağda sement zavodu tikilməsi haqda təklifləri bəyənilib və ona həmin layihənin həyata keçirilməsi üçün kredit ayrılmasına qərar verilib.
 
Sement zavodunun konkret hansı Azərbaycan məntəqəsi yaxınlığında tikiləcəyi barədə məlumat verilmir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...