Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanat verdi | Eurasia Diary - ednews.net

8 Avqust, Şənbə


Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanat verdi

Siyasət A- A A+

Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlıq keçirir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda vurğulanıb.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...