“İsraildə Azərbaycan Evi”: Biz, əslən Azərbaycandan olan yəhudilər müqəddəs işə - işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə gücümüz çatan dərəcədə töhfə verməyə hazırıq

Siyasət 23:03 14.07.2020

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər.

Bütün dünya birliyi tüğyan edən COVID-19 pandemiyasına qarşı mübarizə apardığı, dünyada bu dəhşətli virusla mübarizənin məqbul imkanları axtarıldığı, bu dəhşətli xəstəlikdən hər gün yüzlərlə insanın öldüyü bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının sərhədinin Tovuz istiqamətində həyasızcasına qanlı provokasiya törədiblər. Tamamilə aşkardır ki, Paşinyan rejiminin bu əməlləri Ermənistanda COVID-19 pandemiyasının nəticələrinə nəzarəti itirmiş Paşinyan hökumətinin tamamilə məsuliyyətsiz, xaotik fəaliyyətindən bezmiş Ermənistan vətəndaşlarının diqqətini yayındırmaq cəhdidir.

AZƏRTAC xəbər verir ki, “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələrlə əlaqədar belə bir bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: “Biz, İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Ermənistanın işğalçı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilmiş həyasızcasına provokasiyanı pisləyir, rəsmən və qətiyyətlə etirazımızı bildiririk. Azərbaycan silahlı qüvvələrinin sərt əks-hücumu nəticəsində erməni işğalçılar geri oturdulub və böyük itkilər veriblər.

Biz, İsraildə əslən Azərbaycandan olanların 80 minlik diasporunun – dağ yəhudiləri icmasının, Avropa aşkenazilər icmasının üzvləri və İsrail sakinləri olan etnik azərbaycanlılar erməni işğalçı qoşunlarının Azərbaycan sərhədinin Tovuz istiqamətində və işğal edilmiş bütün Dağlıq Qarabağda törətdikləri əməllər barədə xəbərləri böyük həyəcan və gərginliklə izləyirik”.

“İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Ermənistan Respublikasından birmənalı və dəqiq olaraq bütün provokasion hərəkətləri dərhal dayandırmasını, danışıqlar masası arxasına keçməyi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun dərhal və qeyd-şərtsiz qaytarılması haqqında danışıqlara başlamağı tələb edirlər.

“İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin bəyanatında deyilir: “Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin uzaq 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmalar SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, Azərbaycanda siyasi hakimiyyət vakxanaliyası zamanı hələ formalaşmış Azərbaycan ordusunun olmadığı, onlar üçün münasib məqamdan istifadə edərək bütün dünyadan – Livandan, Suriyadan, Fransadan başkəsən erməni silahlılarını toplayaraq Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz əzəli torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. 1992-ci ilin fevralında Ermənistan Azərbaycanın Xocalı şəhərində silahsız və heç bir təqsiri olmayan dinc azərbaycanlı sakinlərə qarşı qanlı soyqırımı aktı və dəhşətli kütləvi qırğın törədib”.

“İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin fikrincə, indiki Azərbaycan ordusu ən qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Bəyanatda deyilir: “Bu gün Azərbaycan silahlı qüvvələri Cənubi Qafqazda ən güclü ordu, yüksək döyüş qabiliyyətli və öz ölkəsini müdafiə etmək üçün ən qabaqcıl silahlarla təchiz olunmuş effektiv silahlı qüvvələr deməkdir. Bu silahlı qüvvələr hər bir təcavüzkara layiqli cavab verməyə hazırdır. Hamı çox gözəl başa düşür ki, üçüncü ölkənin dəstəyi olmasaydı, yoxsul, dilənçi vəziyyətində olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi.

Azərbaycanın səbri çoxdan tükənib. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq”.

“İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin bəyanatının sonunda deyilir: “Biz, “İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətini tamamilə dəstəklədiyimizi bildiririk. Tovuzda baş vermiş son hadisələr bir daha göstərdi ki, Azərbaycan silahlı qüvvələri ermənilərin hər hansı provokasiyasının qarşısını almağa hazırdır, Azərbaycan torpaqlarının hər qarışını müdafiə etməyə tam hazırdır.

Biz, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurlarına və qəhrəmanlığına görə fəxr edirik. Bu gün bizim diasporun artıq İsraildə tərbiyə almış, Vətən naminə, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli var və biz hamımız - əslən Azərbaycandan olan yəhudilər 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan dərəcədə töhfə verməyə hazırıq.

Yaşasın qəhrəman Azərbaycan ordusu!”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı