“İsrael HaYom” qəzeti: Cənubi Qafqazda eskalasiya – azərbaycanlı zabitlər öldürülüb

Siyasət 14:52 15.07.2020

Azərbaycan ilə Ermənistan arasında şimal sərhədində, Azərbaycanın Tovuz şəhəri yaxınlığında ağır döyüşlər iki gündür ki, davam edir. Azərbaycanlı zabitlər həlak olub, erməni əsgər və zabitlər arasında xeyli tələfat var, lakin erməni tərəfi təfsilatı açıqlamır.

AZƏRTAC xəbər verir ki, israilli jurnalist Neta Bar bu barədə İsraildə çıxan populyar ivritdilli “İsrael HaYom” qəzetində yazır.

Məqalə müəllifi bildirir ki, dünən tərəflər arasında atışma davam edib. Neta Bar yazır: “Azərbaycan həmin ərazidə yaşayan dinc sakinlərin evlərinin, habelə sərhədin yaxınlığında - Tovuz şəhərində erməni artilleriya mərmiləri ilə dağıdılmış evlərin fotoşəkillərini nümayiş etdirib”.

Rəsmi Bakı bir dinc sakinin ermənilər tərəfindən öldürüldüyünü bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Azərbaycanın mülki əhalisinə məqsədyönlü şəkildə hücum edilməsi və Ermənistan tərəfindən ağır silahlardan atəş açılması faşizm və vəhşilik təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin bir hissəsidir. Azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi qanlı cinayətdir”.

Neta Bar yazır: “Bu hərbi toqquşma Dağlıq Qarabağa görə silahlı münaqişə vəziyyətində olan Azərbaycan ilə Ermənistan arasında münaqişə xəttindən uzaqda baş verib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstərmiş Ermənistan silahlı qüvvələrinin bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Məlumata görə, atışma Ermənistan piyada qoşunlarının Azərbaycan ordusunun mövqelərini ələ keçirmək cəhdi ilə müşayiət olunub, lakin bu cəhd baş tutmayıb”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub və Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriya silahlarından atəşə tutublar. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələrinin hücuma keçmək cəhdinin qarşısı alınıb. Erməni tərəfi hər hansı ərazi tutmağa nail olmayıb”.

Hikmət Hacıyev vurğulayıb: “Ermənistan tərəfindən bu provokasiya bir daha sübut edir ki, Yerevandakı hökumət Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsində maraqlı deyil. Beynəlxalq birlik koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hökuməti provokasiya törətməyi qərara alıb. Biz beynəlxalq birliyi Ermənistanın bu hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq. Yaranmış vəziyyətə görə məsuliyyət bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Məqalə müəllifi vurğulayır ki, 1994-cü ildə Ermənistan və Azərbaycan ağır hərbi əməliyyatlardan sonra atəşkəs haqqında müqavilə imzalayıb və Dağlıq Qarabağ ətrafında silahlı münaqişəyə münasibətdə atəşkəs rejimi müəyyən ediblər. İsraildə çıxan populyar ivritdilli “İsrael HaYom” qəzeti sonda yazır: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsi olan bu regionda hazırda erməni əhali yaşayır, azərbaycanlı əhali isə etnik təmizləmə nəticəsində bu torpaqlardan qovulub. Sülh danışıqlarının davam etməsinə baxmayaraq, regionda çox gərgin və partlayış təhlükəli vəziyyət davam edir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bizi xaricdən izləyirmişlər -DTX əmliyyat keçirdi
13:39 08.07.2025
"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Hamısı