Fransa Azərbaycan - Ermənistan sərhədindəki toqquşmaları pisləyir - VİDEO | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Fransa Azərbaycan - Ermənistan sərhədindəki toqquşmaları pisləyir - VİDEO

Siyasət A- A A+

Fransa Azərbaycan - Ermənistan sərhədində baş verən silahlı toqquşmaları pisləyir, hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə və dialoqu bərpa etməyə çağırır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında qeyd olunub.

“Fransa bazar günündən etibarən Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verən və bir neçə nəfərin ölümünə səbəb olan silahlı toqquşmaları pisləyir. O, hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və eskalasiyanın qarşısını almaq üçün dialoqa başlamağa çağırır”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağda münaqişənin beynəlxalq hüquqa uyğun həllinə sadiqliyini təsdiq edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...