Ermənilərdən Sərsənglə bağlı "layihə" Cəbhəyanı rayonlarımız üçün təhlükə

Siyasət 12:13 04.08.2020
Dünən -avqustun 3-də Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarma separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan Xankəndində suvarma suyu ilə bağlı müşavirə keçirib.
 
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, separatçı başçı çıxışı zamanı yenidən Sərsəng su anbarı ilə bağlı sərsəm iddialar irəli sürüb. Arutyunyan bildirib ki, ötən illərdən qondarma rejimin su problemlərini həll etmək üçün elan edilmiş 100 milyon dollarlıq “Sərsəng layihəsi” hələ də qüvvədədir və o, “əsrin layihəsi” olaraq ermənilərin suvarma suyu ilə bağlı problemini həll edəcək... 
 
Xatırladaq ki, Sərsəng su anbarı ilə bağlı üzdəniraq “layihə” haqda həmin Araik Arutyunyan hələ 2017-ci ildən- “dövlət naziri” olduğu vaxtlardan bəhs edir. Moderator.az bu haqda mütəmadi məlumatlar verib. 
 
2019-cu ilin avqustunda yayılmış son məlumata görə,  o vaxt “prezident”liyə namizəd olan A.Arutyunyanın Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra ərazidə tikinti-bərpa işləri başlayıb. Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutyunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.
 
Paralel olaraq Sərsəng su anbarına 2 böyük və 2 kiçik su kanalının çəkilməsi, kanallar üzərində 5 su elektrik stansiyasının inşası nəzərdə tutulur. Bu isə faktiki olaraq, Sərsəng su anbarını su ilə təmin edən Tərtər çayından Bərdə, Tərtər və Ağcabədi kimi cəbhəyə yaxın rayonlara su sərfiyyatının azalmasına, su kanallarının suvarma işlərində istifadəsinə ciddi problem yaradacaq. 
 
Belə ki, 1976-cı ildə istifadəyə verilən Tərtər sağ sahil kanalı Tərtər, Ağdam, Bərdə rayonlarının, həmin il tikilən Tərtər sol sahil kanalı isə Tərtər və Goranboy rayonlarının ərazisində suvarma işləri üçün geniş istifadə olunur.
 
Suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol aça bilər.
 
Təsadüfi deyil ki, istifadəyə verildiyi 43 il ərzində təmir olunmayan Sərsəng su anbarı region üçün təhlükə mənbəyi olub. 
 
Ermənilərin işğalda saxladığı su anbarını təmir etdirməməsi, Azərbaycanı sudan məhrum etməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən də yayınmayıb. Beynəlxalq quruma bu haqda 2015-ci ildə Azərbaycan nümayəndə heyyəti tərəfindən  təqdim olunan təklif əsasında  nəhayət, 2016-cı ilin qış sessiyasında ermənilərin ciddi müqavimətinə baxmayaraq, “Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edib.
 
Əyanilik üçün həmin qətnamənin mətnini bir daha nəzərinizə çatdırırıq:
 
Avropa Şurası  Parlament Assambleyası
 
1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə  hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.
 
2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.
 
3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək  məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.
 
4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.
 
5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə edəcəyinə ümid edib.
 
6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.
 
7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb edir:
 
7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:
 
7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;
 
7.1.2  sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;
 
7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;
 
7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.
 
8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin  səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə  atacağı addımları nəzərdən keçirir.
 
9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı