"Azərbaycanla olan münasibətlərimiz başqa heç bir ölkə ilə yoxdur" - İran səfiri | Eurasia Diary - ednews.net

22 Oktyabr, Cümə axşamı


"Azərbaycanla olan münasibətlərimiz başqa heç bir ölkə ilə yoxdur" - İran səfiri

Siyasət A- A A+

“Azərbaycanla olan münasibətlərimiz başqa heç bir ölkə ilə yoxdur”.

Eurasia Diary “Report”-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

“Xalqlarımız və ölkələrimiz arasındakı bu əlaqələr və xüsusi qarşılıqlı münasibətlər özümü burada yad hiss etməməyimə imkan verir. Dövlətlərimizin başçıları arasında da səmimi və yaxşı münasibətlər qurulub. Bəyan edirəm ki, İran ilə Azərbaycan arasındakı münasibətlər heç vaxt indiki qədər güclü və möhkəm olmayıb. Azərbaycan Prezidenti ilə çox isti və məhsuldar görüşümüz oldu”, - səfir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...