“Türkiyə hər zaman önəmli qonşu olub və olmağa davam edəcək, ancaq xəritədə yaxın olsaq da aramızdakı məsafələr böyüyür”.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri bu gün Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen təşkilatın Baş Assambleyasında söyləyib.
Bundan əlavə olara fon der Leyen Türkiyənin milyonlarla qaçqına sığınacaq verdiyini və bu istiqamətdə Aİ-nin də Türkiyəyə yardım etdiyini bildirib.
“Şərqi Aralıqda gərginliyin azalması hamımızın mənfəətinə uyğundur. Son günlərdə Türkiyənin axtarış gəmisinin geri limana dönməsi məqsədəuyğun addımdır. Bu çox ehtiyac duyulan dialoqa şərait yaratmaq üçün vacibdir. Təktərəfli addımlardan yayınmaq və yaxşı niyyətli müzakirələr sabitliyə aparan yeganə həll yoludur”, von der Leyen deyib.