Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq gərginliyi ilə bağlı Yunanıstandan daha yumşaq mesajlar gəlməsinə baxmayaraq, onların maksimalist mövqelərinin dəyişmədiyini bildirib, Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir.
“Yunanıstan baş nazirinin mesajları son üç dörd gündə yumşalıb. Daha da yumşaq fikirlər yaxın günlərdə gəlir. Oruc Rəis gəmisinin Antalya limanına geri dönməsi imkanından istifadə edərək, Yunanıstan daha da yumşaq tonda danışır”, deyə Çavuşoğlu söyləyib.
“Başqa tərəfdən isə “daha çox istəyirik” deyərək maksimalist mövqelərini qoruyurlar”.
Çavuşoğlu Oruc Rəis gəmisinin Antalyaya rejimə uyğun olaraq və texniki səbəblərdən geri döndüyünü və bunun axtarışların sonlandırılmasına aid olmadığını bildirirb.
"Yunanıstan bizdən daha çox şey gözləmək əvəzinə, müsbət addımlar ataraq bu dövrü bir fürsətə çevirə bilər. Bi deyirik ki, Yunanıstan əvvəl Misirlə müqavilə imzalayaraq etdiyi bu fürsəti qaçırmamalıdır" dedi.