“Tovuz hadisələrindən 2 ay keçəndən sonra yatıb-yatıb indi ayılan Minsk qrupu hansı siyasi etikanın sahibidir?!!!!!”
Eurasia Diary xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov öz Facebook hesabında verdiyi açıqlamada bildirib.
O, Anji Kaspşik və 3 həmsədr ölkənin nümayəndələrinin iclasını “gözdən pərdə asmaq üçün” keçirdiklərini düşünür.
“Sentyabr ayının ortasında utanmazcasına həmsədrlər Ermənistan-Azərbaycan sərhədində İyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər”.
Politoloq bəyənatdakı bu cümləni isə gülünc adlandırıb.
“Siz bəyənatdakı bu cümləyə baxın: Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb. Gülməlidir, elə deyilmi? Tovuzda Azərbaycana hücum edən, Şuşada yallı gedən, Qarabağla bağlı danışıqları pozacaq bəyanatlar verən Ermənistana etiraz etmək əvəzinə həmsədrlər 2 ay yatıb indi ayılaraq hər iki tərəfi danışıqlara səsləyirlər..... ATƏT-in MQ artıq özünü tam çılpaqlığı ilə rüsvay etdi....”, deyə Zaur Məmmədov söyləyib.