Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, iki dövlət başçısı Türkiyə-Fransa, Türkiyə-Avropa İttifaqı əlaqələrini və Şərqi Aralıq gərginliyini müzakirə ediblər.
Ərdoğan Şərqi Aralıqda gərginliyin yaranma səbəbi kimi Kipr türklərinin haqqının pozulmasını göstərib və Fransanın bölgədə Yunanıstanın və yunan Kirpinin maksimalist iddialarını dəstəkləməsinə məna verə bilmədiyini dilə gətirib.
Ərdoğan Türkiyənin kiminsə haqqında gözü olmadığını və gərginliyin qarşılıqlı dialoqlar vasitəsi ilə aparılmasını dəstəklədiyini ifadə edib.