İran XİN-dən silah nəqli ilə bağlı açıqlama | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


İran XİN-dən silah nəqli ilə bağlı açıqlama

Siyasət A- A A+

İran silah nəqli üçün öz ərazisindən istifadə edilməsinə icazə vermir.

Eurasia Diary xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, İran ölkələrə məhsul tranzitinə dəqiq şəkildə nəzarət edir.

“Bəzi sosial şəbəkələrdə hərbi texnikanın İran ərazisindən Ermənistana daşınması ilə əlaqədar iddialar irəli sürülür. Halbuki İran və qonşu ölkələr arasında qeyri-hərbi məhsullar yük maşınları vasitəsi ilə tranzit edilir. Sosial şəbəkələrdə yayılan video-kadrlardakı yük maşınları qeyri-hərbi məhsulların tranziti ilə məşğuldurlar”, - deyə XİN rəsmisi əlavə edib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...