"Ermənistan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı KTMT-yə müraciət etməyi planlaşdırmır" - Paşinyan | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


"Ermənistan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı KTMT-yə müraciət etməyi planlaşdırmır" - Paşinyan

Siyasət A- A A+

Rusiya KİV-lərinə müsahibə verən Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətin siyasi məsələ olduğunu bildirib.

Bu barədə Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir.

“KTMT-yə müraciət siyasi məsələdir. Müarciət olunduqda məhdudiyyətlərdən danışmaq çox çətindir. Biz KTMT ilə yaxından əlaqə saxlayırıq, lakin başqa prosedurlar barədə danışmaq isə ayrı məsələdir. Ermənistan Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini təmin edə bilər”.

Ermənistan bütün mümkün yollarla ölkənin təhlükəsizliyini təmin edəcək.

“KTMT ilə və ya başqa cür, bu ayrı sualdır. Vəziyyətdən və ümumi siyasi kontekstdən asılı olaraq təhlükəsizliyimizi təmin etmək üçün bütün imkanları müzakirə edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...