Yaponiya hökuməti Qarabağdakı hərbi qarşıdurma ilə əlaqədar bəyanat yayıb | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


Yaponiya hökuməti Qarabağdakı hərbi qarşıdurma ilə əlaqədar bəyanat yayıb

Siyasət A- A A+

Yaponiya hökuməti Dağlıq Qarabağda münaqişə tərəflərini hərbi qarşıdurmanı dayandırmağa və danışıqlar masasına oturmağa çağırır.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato deyib.

O bildirib ki, rəsmi Tokio tərəfləri təmkinli davranmağa və dialoqa başlamağa çağırıb:

“Yaponiya hökuməti regionda baş verən və dinc sakinlər arasında qurbanlara səbəb olan hərbi toqquşmalarla əlaqədar ciddi narahatdır. Biz hadisələrin inkişafını diqqətlə izləməyi davam etmək niyyətindəyik”.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...