Putin Çin ilə təhlükəsizlik və koronavirus ilə mübarizədə əməkdaşlığı dəstəkləyir | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


Putin Çin ilə təhlükəsizlik və koronavirus ilə mübarizədə əməkdaşlığı dəstəkləyir

Siyasət A- A A+

“Moskva qlobal təhlükəsizliyə hədələrə qarşı çıxmaqda Pekinlə əməkdaşlığı qiymətləndirir”

Eurasia Dairy TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Tsi Cinpinqə ünvanladığı teleqramda yazılıb.

"Rusiya dövlətinin başçısı Rusiyanın hər iki tərəf arasındakı hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrə böyük əhəmiyyət verdiyini, ikitərəfli dialoq və müxtəlif sahələrdə səmərəli eləcədə koronavirus pandemiyası da daxil olmaqla regional və qlobal təhlükəsizlik çağırışlarının qarşısının alınmasında səylərin kordinasiya edilməsində əməkdaşlığı daha da artırmağa qərar verdiyini vurğulayıb" deyə Kremlin mətbuat xidməti vurğulayıb.

Putinin sözlərinə görə, bu əməkdaşlıq "şübhəsiz ki, Rusiya və Çin xalqlarının əsas maraqlarına cavab verir, bütün dünyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi ilə yanaşı gedir”.

Rusiya prezidenti eyni zamanda "Çinin inamla sosial və iqtisadi, elmi və texniki inkişaf yolu ilə irəlilədiyini və həqiqətən dünya arenasında yüksək nüfuza sahib olduğunu və beynəlxalq işlərdə əhəmiyyətli bir konstruktiv rol oynadığını" düşünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...