Makronun bəyanatı Fransanın Minsk qrupunun həmsədri kimi funksiyasını şübhə altında qoyur

Siyasət 18:46 01.10.2020

Sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada ifadə olunan fikirlər təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur. Hesab edirəm ki, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir.

Bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Fransa prezidentinin son bəyanatına və Qərb mediasının qərəzli mövqeyinə dair şərhində deyib.

Onun sözlərinə görə, eyni zamanda son günlər bir sıra Qərb media vasitələri, o cümlədən BBC, “Reuters” “Guardian” tərəfindən guya Suriyadan Azərbaycana muzdlu əsgərlərin gəlməsi barədə uydurma və heç bir tutarlı mənbələrə əsaslanmayan xəbərlər yayılır:

"Təəssüf ki, bəzi Qərb mediası Azərbaycana qarşı bu qərəzli mövqeyi 100 ildir ki, nümayiş etdirir. Hələ 1905-ci ildə Çar Rusiyası zamanı ermənilərlə azərbaycanlılar arasında çaxnaşmalar başlayan zaman həmin hadisələrlə bağlı Qərb mediasında islamofobiya və türkofobiya yönümlü tendensiya müşahidə olunmuşdu. Qərb media nümayəndələri yaxşı bilir ki, Azərbaycan dünyəvi ölkədir. Terrora qarşı ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində Azərbaycanın töhfəsi tutarlıdır. İndiki halda, yəni Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz işğal olunmuş torpaqlarını azadetmə əməliyyatları apardığı zamanda ölkəmizə qarşı belə qərəzli mövqe Qərb institutları, o cümlədən media qurumlarının fəaliyyətini, onların peşəkarlığı və obyektivliyini şübhə altına alır.

Digər bir məsələ ondan ibarətdir ki, bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar səsləndirir. Bu məqamda sual olunur: Hansı danışıqların bərpasından söhbət gedir? Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatının dəyişdirilməsi barədə tələb irəli sürür. 10 ildən çoxdur müzakirə olunan və razılaşdırılmış Madrid Prinsiplərini rədd edir. Belə olan halda, deyə bilərik ki, bu günki gərgin vəziyyətlə bağlı bütün məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Hamısı