Bu gün Gəncə şəhərinə atılan raket zərbəsi azyaşlı uşaqlarda daxil olmaqla onlarla insanın həyatına son qoyub və yaralayıb.
Eurasia Diary xəbər verir ki, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Ermənistanın bu mənfur addımına bigəna qalmayıb və mülki insanların hədəfə alınmasını qınayıb.
Səfirliyin bəyənatını sizə təqdim edirik:
"Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlakına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır.
Mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər-hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır.
Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik".