TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

Siyasət A- A A+

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, səfərin məqsədi  cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır. 

Nümayəndə heyətinin üzvləri hadisə baş verən əraziyə baş çəkib, sakinlərlə görüşüblər.

M. Şentopa Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...