İtaliyanın Giornale Diplomatico, KmetroO, Politicamente Corretto nəşrləri və Agenzia Nova nəşri ermənilər tərəfindən azərbaycanlı və türk diplomatların ünvanlarına edilən təhdidlər barədə məlumat yayıb.
Son günlərdə sosial şəbəkələrdə erməni istifadəçilərindən diplomatların ünvanına çox sayda təhdid dolu mesajın göndərildiyi bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bunun radikal erməni qüvvələrinin terror mahiyyətinin növbəti təzahürü olduğunu bildirib.
Bunun bariz nümunəsi kimi 12 iyul hadisələrindən sonra ermənilərin Azərbaycan diasporu nümayəndələrinə və diplomatlarına hücumlarını göstərmək olar.