ABŞ-ın NATO-dakı səfiri Key Bayli Hatçison onlayn mətbuat konfransında jurnalistlərə açıqlamasında Alyansın ABŞ və Rusiya kimi Dağlıq Qarabağdakı münaqişəni dayandırmağa çalışdığını söyləyib.
Bu barədə Eurasia Diary Turan agentliyinə istinadən xəbər verir.
“Bu problem 30 ildir ki, irinləyən yaraya çevrilib. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk həmsədrləri qrupu münaqişəni ilkin mərhələyə, yəni məhz Azərbaycanın suveren sərhədləri daxilində erməni əhalisinin mövcud ola biləcəyi vəziyyətə qaytarmaq istəyir. Bu həll edilə bilər və o zaman münaqişə bitəcək”, o deyib.
Hazırda isə "hər iki tərəfi şiddəti və qətlləri dayandırmağın yolunu müzakirə etməyə çağırırıq".
“Bu hərbi yolla həll edilə bilməz. Bu münaqişə sərhədlər və suverenlik daxilində həll edilməlidir. Biz bunun üçün çalışırıq, Rusiya da Fransa ilə eyni şeydə israr edir”, Hatçison qeyd edib.