Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etməyə Rusiya qədər haqqı var.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etməyə Rusiya ilə bərabər səviyyədə haqqı var. Azərbaycanın tələbi olduqca ədalətlidir. Ermənistan Rusiyanı (münaqişənin həllində) qoşulmağa dəvət edirsə, Azərbaycan təklif edir ki, Türkiyə də gərək iştirak etsin. Mən Rusiyadan heç bir mənfi reaksiya eşitmədim", Ərdoğan söyləyib.