Tək millət iki dövlət olan Azərbaycanla Türkiyənin birliyi əbədidir!

Siyasət 10:35 26.10.2020

Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Bir millət iki dövlət olan Azərbaycanla Türkiyənin birliyi əbədidir” mövzusunda dəyirmi masa keçirilib.

Eurasia Diary-nin xəbərinə görə, Qırğızıstandakı azərbaycanlıların “AZƏRİ” İctimai Birliyinin, buradakı AHISKA Türkləri cəmiyyətinin və media TÜRKEL-in təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif millətlərdən ibarət Qırğızıstan Xalqları Məclisinə daxil olan bir sıra cəmiyyət təmsilçiləri və Azərbaycan icmasi nümayəndələri iştirak ediblər.

“AZƏRİ” İctimai Birliyinin sədri Əzizağa Əliyev tədbiri giriş sözü ilə açaraq işğal altında olan yaşayış məntəqələrimizin Azərbaycan ordusu tərəfindən keçirdiyi təmizləmə əməliyyatını alqışladıqlarını və Qırğızıstandakı toplumumuzla birlikdə silahlı qüvvələrimizin yanında olduğumuzu bildiririk dedi.

Natiq, Eyni zamanda Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti sayəsində tezliklə torpaqlarımızın düşmən tapdağından azad olunacağına inandıqlarını sözlərinə əlavə etdi.

Əzizağa Əliyev bu uğurların qazanılmasında şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş türk xalqının mənəvi dəstəyinin böyük olduğunu dilə gətirdi.

Dahi şəxsiyyətlərimiz əbəs yerə deməyib ki, “Biz tək millət iki dövlətik!”

Ahiskalı Türklər cəmiyyətinin sədri Atamşa Dursunov da çıxışında dövlət başçıları Tayyib Ərdoğan və İlham Əliyevin atdıqları birgə addımın Qırğızıstanda məskunlaşan azərbaycanlı və ahıska türkləri tərəfindən əməldə həyata keçirilir, dedi.

Dursunov, bütün milli bayramları, tədbirləri, mərasimləri birgə təşkil etdiklərini və düzənlədiklərini bildirdi.  

Digər çıxış edən soydaşlarımız başqa bir ölkənin vətəndaşı olmalarına baxmayaraq, Ana Vətən üçün Ali Baş komandanın hər cür əmrinə hazır olduqlarını bildirməkdən şərəf duyduqlarını dedilər.
Yaşlı nəslin nümayəndələri, “Biz keçən əsrin 1929-1937-ci illərində Azərbaycandan Orta Asiyaya sürgün olunan ata-babalarımızın indiki nəslinin nümayəndələri olaraq daim tarixi vətənimiz Azərbaycanda gedən dəyişiklikləri, ictimai-siyasi prosesləri, mədəni-quruculuq işlərini diqqətlə izləmiş, uğurlarına sevinmişik” ifadələrini dilə gətirdilər.

Media TÜRKEL prezidenti Hökümə Xəlilova1990-cı illərdən başlayaraq, terrorçu Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycanın şəhər və kəndlərinə Xocalı faciəsi kimi əsil soyqırımı törətdiklərindən, indiyə qədər də BMT qətnamələrinin yerinə yetirilməsinə məhəl qoymayan işğalçı ölkənin cəzasız qaldığından danışdı. 30 ildir düşmən tapdağı altında inləyən torpaqların terrorçu ermənilərdən təmizlənmə əməliyyatını uğurla həyata keçirən şanlı Azərbaycan Ordusunun Baş Komandan İlham Əliyevin başçılığı ilə zəfərlə başa çatdırılacağlnı qeyd edərək, “dəyirmi masa” iştirakçıları adından hər zaman Azərbaycanın yanında olan Türkiyənin dövlət başçısına minnətdarlığını ifadə etdi.

Qırğız ictimai xadim Anarbek Usupbayev çıxışında Ermənistanın Azərbaycanın şəhər və kəndlərini, dinc əhalisini raket və top atəşinə tutmasını vandalizmin bir nişanəsi hesab edərək, "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad etməsi Azərbaycan xalqının haqq işidir" dedi.

“Dəyirmi masa” iştirakçıları birmənalı şəkildə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin regionun inkişafına təkan verəcəyini vurğuladılar.

Tədbirin sonunda yekdil səslə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevə müraciət qəbul edildi.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı