MŞ “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb

Siyasət 15:26 27.10.2020

Azərbaycan Mətbuat Şurası “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb.

Eurasia Diary-nin məlumatına görə, müraciət xaricdəki nüfuzlu media birliklərinə, beynəlxalq təşkilatlara və insan hüquqları sahəsindəki qurumlara ünvanlanıb.

Müraciətdə qeyd olunur ki, “Euronews” telekanalının çəkiliş qrupu Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşə faəliyyətini yerinə yetirərkən, Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub: "Azərbaycan Mətbuat Şurası olaraq baş vermiş hadisəni qətiyyətlə pisləyirik. Bu, ümumilikdə söz və ifadə azadlığına yönəlmiş hücumdur.

Cəbhə bölgəsində peşə borcunu yerinə yetirən jurnalistlərin Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalması faktları çoxalmaqdadır. İndiyədək Azərbaycan jurnalistləri 4 dəfə onların hücumuna məruz qalıblar. “Euronews”un materialından aydın görünür ki, onların hədəfi məhz bu telekanalın çəkiliş qrupu olub. Xoşbəxtlikdən media orqanının əməkdaşları xəsarət almayıblar, yalnız avtomobilə ziyan dəyib.

Məsələ nəinki Azərbaycan jurnalistlərində, eləcə də ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Eyni narahatlığı dünya ictimaiyyətinin də bölüşməli olduğu qənaətindəyik. Çünki Ermənistan silahlılarının açdıqları atəş məqsədyönlü xarakter daşıyır. Onlar istəyirlər ki, cəbhənin Azərbaycan reallıqları beynəlxalq aləmə çatdırılmasın. Hər vasitə ilə bunu əngəlləməyə çalışırlar. Erməni lobbisinin cəbhə xəttinin Azərbaycan hissəsindən reportaj yayımlamış Fransanın “TF1” telekanalına təzyiqləri, xüsusən reportajın müəllifi xanım Liseron Budulun ölümlə hədələnməsi, təhqirlərlə üzləşməsi deyilənlərin sübutudur.

Reallıq budur ki, Ermənistan cəbhədə məğlub durumdadır və bunun heyfini dinc əhalidən çıxmağa çalışaraq Azərbaycanın kənd və qəsəbələrini, rayon mərkəzlərini atəş altında saxlayır. Nəticədə mülki şəxslər arasında çoxsaylı ölən və yaralananlar var, minlərlə ev dağılıb, əhalinin təsərrüfatına külli miqdarda ziyan dəyib. Ermənistan hakimiyyəti dünyanın məhz bu vandallığı bilməsinin qarşısını almaq istəyir. Ona görə jurnalistləri hədəf seçir.

Azərbaycan Ordusunun ruh yüksəkliyinin, vətəndaşlarının mərd xüsusiyyətlərinin, düşməndən qorxmayaraq evlərini tərk etməməməsinin göstərilməsi Ermənistan hakimiyyəti üçün sərfəli deyil. Bu, işğalçı ölkə daxilindəki gərginliyi artıran amildir. Ona görə bölgədə fəaliyyət göstərən jurnalistlərə atəş açır, onları qorxudaraq ərazidən uzaqlaşdırmağa cəhd göstərirlər.

Azərbaycan Mətbuat Şurası olaraq bir daha “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, bununla Ermənistan hakimiyyəti özünün təcavüzkar mahiyyətini azad media dəyərlərinə münasibətdə də göstərməkdədir. Şura bu kimi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla məsələ ilə bağlı beynəlxalq miqyasda ciddi və sərt reaksiyaların formalaçağına əminliyini bildirir. Azərbaycan jurnalistlərinin, bütövlükdə ölkə ictimaiyyətinin gözləntisi budur".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı