“Avropada İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” raketləri atılır” Prezidentin köməkçisi

Siyasət 16:59 29.10.2020

“Xüsusilə diqqətdə olan məsələ Ermənistan tərəfindən mülki əhaliyə qarşı kasetli silahların istifadə edilməsidir. Biz həmçinin ballistik raketlərin mülki əhaliyə qarşı istifadəsini də vurğulamalıyıq”.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

H. Hacıyevin sözlərinə görə, Avropa regionunda İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” ballistik raketləri atılır.  

“Gəncə şəhərində beş yüz min insan yaşayır. Bu cür cinayətlər araşdırılmalı və hesabatlar dərc olunmalıdır. Təbii ki, biz obyektiv və qərəzsiz hesabatlar gözləyirik. Sonradan bu hesabatlar beynəlxalq ictimaiyyətə təqdim oluna bilər”.

O, bildirib ki, bu eskalasiyanın səbəblərindən biri də qeyri-effektiv danışıqlar prosesidir.

"Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır. Burada birinci olaraq məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür: “Ermənistan həmişə danışıqlarda geri çəkilməyə və danışıqların əsasını və formatını dəyişdirməyə cəhd edib. Hər kəs yaxşı bilir ki, danışıqlarda əsas diqqətdə olan məqam Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi idi. Lakin Ermənistan tərəfi həmişə bundan yayınıb. Onlar hər zaman danışıqları zəiflətməyə cəhd ediblər. Danışıqlar bir şərtlə uğurlu ola bilər ki, tərəfdaş ciddidir, konstruktiv davranır və danışıqları yaxşı niyyətlə aparmağa sadiq qalır. Lakin çox təəssüf ki, biz Ermənistan tərəfindən bunu görməmişik və hələ də görmürük. Bir neçə gün öncə Ermənistan Baş naziri dedi ki, bu münaqişənin diplomatik həlli yoxdur. Onlar hələ də bir-birinə əks açıqlamalar verməyə davam edir. Bir tərəfdən biz sülhdən danışan və hətta bəzi ölkələrin liderlərinə humanitar atəşkəs üçün yalvaran rəhbərlik görürük, növbəti gün biz onun Azərbaycana qarşı hücumu davam etdirdiyini, “SCUD” ballistik raketlərindən istifadə edilməsinə göstəriş verdiyini görürük. Eşidirik ki, o, biz sona qədər döyüşəcəyik deyir”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan üçün əks-həmlə əməliyyatı sülhə məcburetmə əməliyyatıdır: “Sülhə məcburetmənin əsasında işğal olunmuş torpaqların azad edilməsi və həmçinin azərbaycanlı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi dayanır. Bu gün siz Bərdəni gördünüz, digər şəhərlər də məsuliyyətsiz hücumların hədəfi olub. Bu şizofren zehniyyətdən qaynaqlanır. “Smerç”, “SCUD” və digər təhlükəli silahlar məsuliyyətsiz şəkildə azərbaycanlı mülki əhaliyə qarşı istifadə olunur. Belə olan hallarda BMT Nizamnaməsi çərçivəsində Azərbaycanın özünü müdafiə hüququ var. Həmçinin fundamental məsələ hərbi işğalın sonlandırılmasıdır. Son eskalasiya göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükə mənbəyidir. İşğalın sonlandırılması bütün regionun və hətta Ermənistanın xeyrinədir. Ermənistan əhalisi sülhün perspektivlərindən faydalana bilər. Azərbaycanla əməkdaşlıq Ermənistan əhalisinə rifah gətirə bilər. Çox təəssüf ki, onlar hazırda belə bir hərbi-siyasi rəhbərlikdən əziyyət çəkirlər”, - deyə Prezidentin köməkçisi qeyd edib. 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı