Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanda səfərdədir.
Eurasia Diary-nin xəbərinə görə, bu barədə Ria Novosti məlumat yayıb.
Qeyd edək ki, bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeni Ziniçev, səhiyyə naziri Mixail Muraşko və “Rospotrebnadzor”un rəhbəri Anna Popovanın olduğu böyük nümayəndə heyəti Ermənistana səfər edib, ölkənin rəhbərliyi ilə görüşlər keçirib.