"Yaşayış məntəqələrinə ballistik raket atan, körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yandırıb" - Türkiyə Müdafiə Nazirliyi | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


"Yaşayış məntəqələrinə ballistik raket atan, körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yandırıb" - Türkiyə Müdafiə Nazirliyi

Siyasət A- A A+

“Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi tw=vitter səhifəsində işğaldan azad edilən Ağdam rayonuna aid paylaşılan videoda bildirilib.

Ağdamın mərkəzindəki məsciddə oxunan ilk azanın səsinə də yer verilən videomaterialın təqdimatında “Ağdamı yenidən yaşanılacaq bir vəziyyətə gətirmək üçün fəaliyyət başlanıb”, deyə qeyd edilib.

Qeyd edək ki, sözügedən videogörüntü bir çox sosial şəbəkələrdə də paylaşılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...