"Düşmən Kəlbəcərə yeni eybəcər bir ad verib. Onlar “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu".
Eurasia Diary xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonunun azad olunması münasibəti ilə xalqa müaricəti zamanı söyləyib.
"O xəritələr, sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər “Dağlıq Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar elə təqdim edirdilər ki, budur “Dağlıq Qarabağ respublikası”. İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır".