Prezidentin köməkçisi: - “Diplomatik korpusun nümayəndələri Tərtərdə Ermənistanın amansız raket hücumlarının nəticələrinin şahidi oldular” - VİDEO | Eurasia Diary - ednews.net

22 Yanvar, Cümə


Prezidentin köməkçisi: - “Diplomatik korpusun nümayəndələri Tərtərdə Ermənistanın amansız raket hücumlarının nəticələrinin şahidi oldular” - VİDEO

Siyasət A- A A+

Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...