Bu gün Ermənistandan Qarabağa 2431 erməni qayıdıb.
Eurasia Diary Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Beləliklə, 14 noyabrdan sonra Ermənistandan qayıdan ermənilərin sayı 23514-ə çatıb.
Onların geri qayıtmasını və yerləşməsini, infrastrukturun bərpasını rus sülhməramlıları yerinə yetirir. Rusiya eyni zamanda humanitar yardım da göstərir.