XİN Fransa Parlamentinin üzvlərinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


XİN Fransa Parlamentinin üzvlərinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

Siyasət A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-də Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqları barədə yazılanlara münasibət bildirib.

Eurasia Diary xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. 

“Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”, - deyə XİN rəsmisi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...